Sevdanın intiharı ilə bağlı araşdırma aparılır

25 Yanvar 2021 19:36 (UTC+04:00)

Ötən gün Bakıda baş verən intihar hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Bu barədə AzNews.az-a Nərimanov rayon prokurorluğundan bildirilib.

Məlumata görə, yanvarın 24-də saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə hazırda Nərimanov rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.