Xırdalanda güclü partlayış

25 Yanvar 2021 19:10 (UTC+04:00)

Abşeron rayonu, Xırdalan şəhərində evdə partalayış olub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəz hissəsində baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

FHN-dən bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Axtarış xilasetmə işləri davam edir.