Moskvada mitinqdə iştirak edən 30 nəfər həbs edildi

25 Yanvar 2021 20:46 (UTC+04:00)

Moskva məhkəmələri yanvarın 23-də baş vermiş icazəsiz aksiyalar zamanı saxlanılanlardan 30 nəfəri inzibati qaydada həbs edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva şəhər məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir. 64 nəfər isə aksiyada iştirakına görə cərimələnib.

Xatırladaq ki, müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq yanvarın 23-də Moskvada və bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilmişdi.