Türkiyədə koronavirusla bağlı son vəziyyət

25 Yanvar 2021 21:22 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 137 nəfər dünyasını dəyişib, 671-i simptomatik olmaqla 5642 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 25210-a, bu virusa yoluxanların sayı isə 2,435,247-yə çatıb.

Ümumilikdə 28 milyondan çox insan test olunub.