Taksim meydanına polis qüvvələri yeridildi
11 İyun 2013 08:58 (UTC+04:00)
Hazırda İstanbulun Taksim meydanında gərgin anlar yaşanır.
Gümüşsuyu prospektində toplanan çox sayda polis qüvvələri saat 07:30 radələrdindən Taksim meydanına girib.
Polis mütəmadi olaraq "Heç bir şəkildə Gezi Parkına müdaxilə edilməyəcək. Məqsədimiz Atatürk Mədəniyyət Mərkəzi ətrafında nizam-intizam yaratmaqdır" elanları səsləndirilir.
Türkiyə mətbuatı yazır ki, hazırda ərazidə 20 polis avtobusu gətirilib. Polis hazır vəziyyətə gətirilib. (anspress)
AzNews.az