Fransanın dövlət katibi Bakıya gəlib

26 Yanvar 2021 12:37 (UTC+04:00)

Fransanın Turizm məsələləri, Xaricdə yaşayan Fransızlar və Frankofoniya üzrə Avropa və Xarici İşlər Nazirinin yanında dövlət katibi Jan-Batist Lömuan Bakıya səfərə gəlib.

AzNews.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfirliyi açıqlayıb.

Məlumata görə, o, Fransanın biznes və təhsil nümayəndələri ilə görüş keçirib.