Prezident Ramin Quluzadəyə mühüm vəzifə verdi

26 Yanvar 2021 14:14 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

R.Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin müdiri təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər Prezidentin İşlər İdarəsinin müdiri Energetika naziri Pərviz Şahbazovun atası Oqtay Şahbazov idi. (Unikal.org)

AzNews.az