Bakının bu hissələrində su olmayacaq

26 Yanvar 2021 18:04 (UTC+04:00)

Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar bəzi ərazilərdə suyun verilişində fasilə yaranacaq.

Bu barədə AzNews.az-a “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, sabah gün ərzində Abşeron, Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.