Məşhur şərabçı Vüqar Mikayılov AzGranatadan getdi

26 Yanvar 2021 18:39 (UTC+04:00)

Azərbaycanın məşhur şərab və şirə istehsalçısı "AzGranata"nın direktoru Vüqar Mikayılov vəzifədən getdiyini açıqlayıb.

O, bu haqda öz sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün 8 il işlədikdən Sonra AzGranatadan ayrılmağa qərar verdim. Bu müəssisəyə uğurlar arzu edirəm”.

Bununla bağlı AzNews.az-a açıqlama verən Vüqar Mikayılov pedaqoji fəaliyyətlə məşğul olacağını bildirib:

“8 ildir ki, rayonda idim. Fikirləşdim ki, daha bəsdir, qocalmışam. Gəlim Bakıya, tələbə yetişdirim. Azərbaycan Dövlət İqtisad Universitetində dərs deyəcəm”.

Səidə

AzNews.az