Cavad Zərif Yerevanda səfərdədir

26 Yanvar 2021 18:46 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yerevanda səfərdədir.

AzNews.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, onun yanvarın 27-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşü nəzərdə tutulub.

M.Zərif səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul ediləcək.

Xatırladaq ki, İran XİN başçısı yanvarın 25-də Azərbaycanda, yanvarın 26-da Rusiyada səfərdə olub.