DİQQƏT: Yerə doğru 3 asteroid gəlir

26 Yanvar 2021 20:08 (UTC+04:00)

Yer kürəsinə həftəsonuna qədər 3 asteroid yaxınlaşacaq.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Kosmik Agentliyi (NASA) açıqlama verib.

Asteroidlərdən biri yanvarın 28-i səhər planetimizin yaxınlığından keçəcək. 2021 BZ adı verilən asteroidin diametri 29-65 metr arasında olacaq.