Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı - FOTO

26 Yanvar 2021 20:19 (UTC+04:00)

Nigeriya dəniz quldurlarının Qvineya sahillərində “Mozart” adlı gəmiyə hücumu zamanı öldürülən azərbaycanlı Fərman İsmayılovun cənazəsi Qabonun paytaxtı Librevə gətirilib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Qabondakı səfirliyindən bildirilib.

Məlumata görə, cənazə bu gün axşam "Türk Hava Yolları"nın təyyarəsi ilə Türkiyəyə yola salınacaq.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis öldürülüb.