Gürcüstanın XİN rəhbəri koronavirusa yoluxdu

26 Yanvar 2021 23:07 (UTC+04:00)

Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə gürcü nazir “Facebook” səhifəsində yazıb.

“Yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özünütəcrid rejiminə keçmişdim. PCR testi verdim və məndə COVİD təsdiqləndi”, - deyə Zalkaliani bildirib.

Onun sözlərinə görə, xəstəliyi yüngül keçirir və ev şəraitində müalicə olunacaq.