Kolumbiyanın müdafiə naziri koronavirusdan vəfat etdi

26 Yanvar 2021 23:45 (UTC+04:00)

Kolumbiyanın müdafiə naziri Karlos Holms Troxilo koronavirusdan vəfat edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri İvan Duke Markes bildirib.

“Vaxtsız bir ölüm oldu, Troxilo mənim dostum, ortağım, iş yoldaşım və nazirim idi”, - deyə Markes qeyd edib.

Nazirin 12 yanvarda koronavirusdan verdiyi testin nəticəsi pozitiv çıxıb və bu müddət ərzində xəstəxanada müalicə alıb.

Qeyd edək ki, Kolumbiyada bu günə qədər 2 milyondan çox insan koronavirusa yoluxub, 51,747 nəfər isə həyatını itirib.