“Heç kimi dəstəkləmirəm“- Əhmədinejat

11 İyun 2013 09:39 (UTC+04:00)


Əhmədinejad Xuzustan vilayətində hava limanında jurnalistlərə açıqlamasında bildirib: "Mən və mənim hökumətim prezidentliyə namizədlərdən heç kimi dəstəkləmir. Mənim yalnız bir səs vermək imkanım var və mən onu digərləri kimi istifadə edəcəyəm".

Daha əvvəl Əhmədinejad öz yaxın tərəfdarı Əsfəndiyar Rəhim Məşaini dəstəkləyirdi. Lakin o, Keşikçilər Şurası tərəfindən seçkilərdə iştiraka buraxılmayıb.

İranda 11-ci prezident seçkiləri 14 iyun 2013-cü ildə keçiriləcək.

AzNews.az