Qarabağda yeni su nasosları quraşdırılacaq

27 Yanvar 2021 11:10 (UTC+04:00)

"Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə quraşdırmaq üçün yeni nasos aqreqatlarının alınması üçün kotirovka sorğusu elan edib.

AzNews.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 1-i, saat 12:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına - Satınalmaların İdarə Olunması Departamentinin rəisnin müavini Yasəmən Məmmədovaya təqdim edə bilərlər. Telefon: (012) 431-47-67 daxili: 1151;

Kotirovka təklifləri fevralın 2-də, saat 12.00-da qeyd olunan ünvanda açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışına qatıla bilər.