Qarabağ qazisinə vəzifə verildi

27 Yanvar 2021 13:15 (UTC+04:00)

Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

AzNews.az xəbər verir ki, bununla bağlı Xətai RİH başçısı Rafiq Quluyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qarabağ qazisi Anar Məmmədov RİH-in strukturunda yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin olunub.