Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinə hakim təyin olunacaq

27 Yanvar 2021 17:46 (UTC+04:00)

Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq.

AzNews.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Belə ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi məsələni parlamentin plenar iclasına tövsiyə edib.