Ara Ayvazyan Lavrovu aradı

27 Yanvar 2021 19:08 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın XİN rəhbəri Ara Ayvazyanla telefon danışığı olub.

AzNews.az TASS-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr bəyanatının reallaşdırılması istiqamətində işlər müzakirə olunub.

Həmçinin, təhlükəsizlik aspektləri, humanitar komponent, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələlərinə toxunulub.

Bu kontekstdə bütün region ölkələrinin maraqlarının üst-üstə düşməsi və birgə konstruktiv işlərin əhəmiyyəti vurğulanıb.