Avtobus qəzası 53 nəfərin ölümü ilə nəticələndi

27 Yanvar 2021 19:43 (UTC+04:00)

Kamerunda yanacaq yüklü yük maşını ilə avtobusun toqquşması nəticəsində 53 nəfər ölüb, 29 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, qəza nəticəsində yük maşınında alovlanan yanacaq daha sonra avtobusun üzərinə tökülüb. Hər iki nəqliyyat vasitəsinin alovlanması nəticəsində 53 nəfər həyatını itirib, 29 nəfər ciddi yanıq xəsarətləri alıb. Ölü sayının artacağı ehtimal olunur.

Hadisə yerində araşdırma aparılır.