“Azyaşlı qızımı zorlayıblar”

11 İyun 2013 10:19 (UTC+04:00)



Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ömürlük həbs cəzasına məhkum edilmiş 1970-ci il təvəllüdlü H.Z azyaşlı qızının zorlanması barədə məlumat verib.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2 yaxın qohumunu qətlə yetirən və 5 qohumunu isə ağır yaralayan şəxs qızı H.K-nın Bakı şəhər, Binəqədi rayon, Biləcəri qəsəbəsi Hüseynov küçəsi döngə 2, ev 2,. mənzil 18 ünvanında zorla cinsi əlaqəyə məcbur edildiyini qeyd edib. O bildirib ki, qızını Ümid adlı şəxs zorlayıb.

Hazırda H.Z-nın müraciəti aidiyyatı üzrə Binəqədi rayon hüquq-mühafizə orqanlarında araşdırılır.

Qeyd edək ki, müraciəti ünvanlayan 43 yaşlı H.Z Azərbaycan Respublikası CM-nın 120.2.4, 120.2.7, 120.2.9, 120.2.10, 29,120.2.3, 29,120.2.4, 29,120.2.6, 29,120.2.7, 29,120.2.9, 29,120.2.10, 126.1, 133.1, 134, 315.1-ci maddələri və 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası CM-nın 15,94-cü maddəsinin 6,8-ci bəndləri ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 02.10.2009-cu il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

AzNews.az