“Dünya növbəti pandemiyaya hazır deyil” - Bill Qeyts

27 Yanvar 2021 20:58 (UTC+04:00)

“Dünya növbəti pandemiyaya hazır deyil”.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Microsoft”un qurucusu Bill Qeyts deyib.

“Biz növbəti pandmeiyaya hazır deyilik. Ümid edirəm, iki ildən sönra vəziyyət fərqli görüncək. Vaksinlər, testlər, dərmanlar, epidemiologiya, monitorinq – görüləsi çox iş var”, - deyə Qeyts bildirib.

Onun sözlərinə görə, COVİD zəlzələ, tornado və iqlim dəyişikliyi kimi gündəlik həyatın bir hissəsinə çevrilib:

“Hökumətlərin qarşısında duran əsas vəzifə vətəndaşları bütün bu hadisələrdən qorumaqdır. Pandemiya zamanı hazırlıq bir az daha yaxşı olsaydı, böyük bir fərq yaranardı”.