Rusiyadan bir sıra beynəlxalq uçuşlar ləğv edildi

27 Yanvar 2021 21:36 (UTC+04:00)

“Aeroflot” şirkəti koronavirus pandemiyası ilə əlaqədar bir sıra müntəzəm beynəlxalq uçuşları yenidən ləğv edib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd edilib ki, “Aeroflot” martın 28-dən aprelin 30-dək bir sıra istiqamətlərə, o cümlədən Bakıya reysləri qadağan edib.