Samux sakinindən narkotik götürülüb

28 Yanvar 2021 09:36 (UTC+04:00)

Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsində Regional Şöbəsinin (QBRŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon Qarabağlar kənd sakini, əvvəllər məhkum olunmuş Abbas Məmmədov saxlanılaraq şöbəyə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman təmiz çəkisi 6,758 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Məmmədova məxsus, Samux rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilib və zirzəmidən 2 ədəd sintetik torbada təmiz çəkisi 9 kq 200 qram narkotik vasitə olan marixuana aşkar edilib.

A.Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.