İran XİN başçısı Gürcüstandadır

28 Yanvar 2021 10:09 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional tur çərçivəsində Gürcüstana səfər edib.

AzNews.az xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında onu Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili qarşılayıb.

İranlı diplomat işgüzar səfər zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya və parlament sədri Arçil Talakvadze ilə görüşlər keçirəcək.