Pandemiya ona düşdü: Hamı itirdi, o qazandı - 111,4 milyard dollar

28 Yanvar 2021 11:44 (UTC+04:00)

“Apple” şirkətinin 2021-ci maliyyə ilinin ilk rübündə gəliri ilk dəfə olaraq 100 milyard dolları keçərək, 111,4 milyard dollar təşkil edib.

AzNews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında məlumat yerləşdirilib.

Nəticədə keçən maliyyə ilinin analoji dövrü ilə müqayisədə 21% artım yaşanıb. Şirkətin xalis gəliri isə ilk rübdə 22,23 milyarddan 28,75 milyarda yüksəlib.