Azərbaycan Pakistanda və Yaponiyada Ticarət Evi aça bilər

28 Yanvar 2021 12:26 (UTC+04:00)

"Azərbaycanın dünyanın bir sıra ölkələrində ticarət evləri fəaliyyət göstərir. Bu cür ticarət evləri Pakistanda və Yaponiyada açılması ilə bağlı bizə müraciətlər daxil olur".

AzNews.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev deyib.