Cavad Zərif Gürcüstanın Baş naziri ilə görüşdü

28 Yanvar 2021 17:30 (UTC+04:00)

Gürcüstanın Baş naziri Giorgi Qaxaria İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Tərəflər bölgədəki vəziyyət, son hadisələr barədə müzakirə aparıb.

Qeyd olunub ki, görüş zamanı ikitərəfli münasibətlər kontekstində ölkələr arasında ticari-iqtisadi əlaqələrin, tranzit, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın gücləndirilməsi və bu baxımdan mövcud potensialdan istifadəyə diqqət yönəldilib.

Tərəflər hər iki ölkədə mövcud pandemiya vəziyyəti və gələcək planlarla da bağlı müzakirə aparıb. (APA)

AzNews.az