Mehriban Əliyevanın tapşırığı ilə Rəmiş xəstəxanaya yerləşdirildi

28 Yanvar 2021 21:36 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

AzNews.az bildiri ki, bu barədə Unikal.org-a sənətkarın həyat yoldaşı Güllü Hüseynova məlumat verib:

“Sağ olsun Mehriban xanım göstəriş verdi. Rəmiş Bakı Sağlamlıq Mərkəzinə gətirildi. Hazırda o, reanimasiyadadır. Səhhəti ilə bağlı mənə hələlik məlumat verilməyib.”