Mobil operatorların tarifləri ilə bağlı yeni məlumat

11 İyun 2013 12:52 (UTC+04:00)
Bu gün elə bir insan tapılmaz ki, mobil telefonsuz həyatını qursun. Mobil telefonlar artıq həyatımızın ayrılmaz bir hissəsi, olmazsa-olması olub.

Gündəlik danışıqlarımızın sabit xətli telefonlardan çox mobil telefonlarla edirik, eyni zamanda mobil operatorların verdiyi digər xidmətlərdən yararlanırıq. Təbii ki, bunun üçün küllü vəsait sərf edirik.

Azərbaycan mobil operatorların tarifləri nəinki dünya, o cümlədən MDB məkanında ən yüksək olan ölkədir. Tariflərin aşağı salınması ilə bağlı mövcud üç mobil operatora – "Bakcel", "Azərcell", "Azərfon" (Nar mobile) müraciət edilsə də elə ciddi dəyişiklik baş vermir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov modern.az-a açıqlamasında bildirib ki, mobil operatorlarda tariflərinin aşağı salınması ilə bağlı sözügedən qurum tənzimləyici orqan deyil. "Nazirlik yalnız tövsiyə və təkliflərini həmin mobil operatorlara göndərir. Qiymətlərin aşağı salınması ilə bağlı onlar özləri Tarif Şurasına müraciət etməlidirlər. Hər zaman biz bununla bağlı müraciət edirik".

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, ümumən mobil operatorlarla bağlı Tarif Şurasına müraciət daxil olmayıb. "Bu bazar kifayət qədər liberal bazardır və orada qiymətlər bu gün tələb və təklif əsasında formalaşır".

Belə görünür ki, biz hələ uzun müddət həmin mobil operatorların təklif etdiyi baha tariflərdən istifadə etmək məcburiyyətində qalacağıq.

AzNews.az