Məleykə Əsədova görünüşünü dəyişdi - Fotolar

30 Yanvar 2021 21:28 (UTC+04:00)

Xalq artisti Məleykə Əsədova görünüşündə dəyişiklik edib.

AzNews.az xəbər verir ki, aktrisa uzun saçlarını qısaldıb. Əsədova yeni şəkillərini İnstaqram izləyiciləri ilə bölüşüb.

O bildirib ki, gözəllik salonları açılan kimi saçlarını kəsdirib:

"Rəngini də dəyişdirdim. Saçlarım pandemiyada istirahət edirdi. Amma deyirlər bu da yaraşır".