Putin Yunanıstana meydan oxudu, Türkiyə alqışladı

30 Yanvar 2021 22:07 (UTC+04:00)

Yunanıstan ölkəyə dəvət etdiyi və dəstəyini almağa çalışdığı Rusiya Prezidenti Putindən "yox" cavabı aldı. Putinin mənfi cavabı ölkədə böyük bir məyusluq yaratdı.

Şərqi Aralıq dənizindəki gərginliyi artıran və silah almağa davam edən Yunanıstan, 25 Mart Müstəqillik Günü mərasimlərinə dəvət etdiyi Rusiya Prezidenti Vladimir Putindən "mənfi" cavab almaqla məyusluq yaşadı.

Kremlin sözçüsü Dmitri Peskov dünən bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 25 Mart 2021-ci ildə müstəqilliyinin 200 illiyini qeyd edəcək Yunanıstandakı hərbi parada dəvət olunsa da, onun "Afinanı ziyarət etmək planı yoxdur".

Ta Nea qəzetinin saytının xəbərinə görə, "maraqlar çox böyükdür. Geosiyasi baxımdan Amerika ilə Rusiya arasındakı birbaşa qarşıdurmaya qədər gedə bilər. Bunlar yalnız Yunanıstanla məhdudlaşmır".

Afina rəhbərliyinin 25 Mart Müstəqillik Günü tədbirlərində Fransa Prezidenti Emmanuel Makron və İngiltərə Kraliçası II. Elizabetin oğlu, Uels Şahzadəsi Charles da iştirak edəcək.

AzNews.az