Rabitə Nazirliyi ölkəboyu monitorinqlərə başladı

11 İyun 2013 13:38 (UTC+04:00)
TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri tərəfindən ölkənin bəzi bölgələrində növbəti radiomonitorinq işlərinə başlanılıb.

AzNews.az-ın Rabitə Nazirliyinin saytına istinadən xəbərinə görə, işlər Şirvan şəhəri, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Salyan, Neftçala, Saatlı, Sabirabad, Bərdə, Ağdam, İmişli, Beyləqan, Füzuli, Tərtər, Goranboy, Qəbələ, Göyçay, Kürdəmir, Ucar, Zərdab və Hacıqabul rayonları ərazisində aparılır. Bu məqsədlə həmin bölgələrə DRİ-nin mütəxəssisləri ezam olunublar.

Radiomonitorinq müddətində qeyd olunan rayonlar üzrə respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım vəziyyəti araşdırılır, elektromaqnit sahə gərginliyi ölçulür.

Anar
AzNews.az