Dənizkənarı Milli Parkda həyəcanlı anlar

11 İyun 2013 14:02 (UTC+04:00)
Bakıda intihara cəhd edən şəxs xilas edilib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər özünü intihar məqsədi ilə dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas etmiş və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:30-da başa çatıb.

AzNews.az