Deputat: İşsizlik sayının azaldılması üçün radikal tədbirlər görülməlidir

1 Fevral 2021 11:31 (UTC+04:00)

“Bu il dövlət müstəqilliyimizin əldə olunmasının 30 illiyidir. Böyük zəfərimizdən sonra Azərbaycan cəmiyyəti böyük impuls əldə edib”.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Bu gün bütün dünya Azərbaycanı izləyir. Azərbaycanın bəzi bölgələrində işsizliyin sayının azaldılması üçün radikal tədbirlər görülməlidir. Təklif edirəm ki, həmin bölgələrdə yaşayanların vergi yükü azaldılsın”, - deputat bildirib. (report)

AzNews.az