Serj Sarkisyan Rusiya prezidentini təbrik etdi

11 İyun 2013 15:24 (UTC+04:00)
Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan arasında telefon danışığı olub. Bu barədə Trend Kremlin rəsmi saytına istinadən məlumat verir.

Danışıq zamanı Sarkisyanın Rusiyaya səfərinin yekunu üzrə müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa, Ermənistan Prezidenti dövlət bayramı - Rusiya Günü münasibətilə Putini təbrik edib.

AzNews.az