Artıq “Artsax ordusu” olmayacaq, bunun səbəbkarı Paşinyandır - Erməni rəsmisi

2 Fevral 2021 11:17 (UTC+04:00)

“Mövcud vəziyyətdə yeganə günahkar hazırkı hökumət rəhbəridir”.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan “Facebook” hesabında yazıb.

“Nikol və Vaqarşak Arutyunyan razılaşıblar və “Artsax Müdafiə Ordusu” yaxın gələcəkdə ləğv ediləcək. Əvəzinə rəsmi olaraq Artsax milisi, gözətçi və ya daxili polis qüvvələri olacaq – bunun heç bir əhəmiyyəti yoxdur. Fakt budur ki, Qarabağın qalan hissəsi artıq təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilməyəcək. Artıq “Artsax ordusu” olmayacaq və bunun səbəbkarı Nikol Paşinyandır”, – Minasyan qeyd edib.

Xatırladaq ki, Minasyan vəzifəsindən sui-istifadə, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar vermək ittihamları ilə axtarışa verilib.