PA-nın şöbə müdiri Gənclər Günü ilə bağlı paylaşım edib

2 Fevral 2021 15:11 (UTC+04:00)

“Bu gün qeyd etdiyimiz Gənclər Gününün və ən vacibi dövlət gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyev gənclərimizi vətənpərvər və təhsilli görməyi arzu edirdi. Tarixi qələbəmizlə bitən Vətən müharibəsi ümumilli liderin siyasətinin ardıcıl davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda belə bir gənc nəslin yetişdiyini sübut etdi”.

AzNews.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev “Facebook” səhifəsində yazıb.

“Müzəffər Ali Baş Komandanın Şuşada səsləndirdiyi “qalibiyyətdə əsas rolu gənclərimiz oynadı” fikri gənclərin həm ön, həm də arxa cəbhədə, informasiya müharibəsində göstərdikləri səylərə verilən ən yüksək qiymət, onlara göstərilən ən yüksək etimadın göstəricisidir. Gənclər Gününüz mübarək!”, - Y. Məmmədəliyev bildirib.