Finlandiyada fevralın 3-də tamamilə pulsuz getmək mümkün olacaq xüsusi taksi fəaliyyət göstərəcək.
Bu barədə Yle agentliyi yazır.
Bu taksi paytaxtda, eləcə də Oulu və Rovaniemi ərazisində də işləyəcək. Müştərilərdən pul əvəzinə taksi mədəniyyəti və xidmətinin onların nöqteyi-nəzərindən necə inkişaf etdirilə biləcəyi barədə rəy verilməsi istəniləcək.
Lakin xüsusi taksiləri yalnız telefonla çağırmaq mümkün olacaq. Müştərilərin fikirləri qeydə alınacaq və sosial şəbəkələrdə yerləşdiriləcək. Kampaniyada Taksomotor cəmiyyəti və “Lähitaksi”, “Taksi Helsinki” və “Otaxi” firmaları iştirak edəcək. (biznesmedia.az)
AzNews.az