Rusiya ilə Azərbaycan arasında iki yeni aviareys açılır

2 Fevral 2021 21:09 (UTC+04:00)

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azur Air" aviaşirkətinə iki şəhərdən Azərbaycana uçuşlar keçirməyə icazə verib.

AzNews.az-ın məlumatına görə, yeni icazə əsasında aviaşirkət Moskva və Sankt-Peterburqdan Qəbələyə reyslər təşkil edəcək.

Hər iki istiqamət üzrə reyslər həftənin hər günü baş tutacaq.

Reyslərin tarixləri hələlik açıqlanmayıb.