Bir evdə 14 aslan ələ keçirildi

11 İyun 2013 18:52 (UTC+04:00)


Heyvanlar arasında Afrikaya aid 14 albino aslanı da var.

Tayland polisi hadisə ilə bağlı 41 yaşlı Montre Boonphonon adlı bir nəfəri məhkəməyə verib. Boonphonon isə polisə əlində heyvanların saxlanması ilə bağlı icazə sənədlərinin olduğunu iddia edib.

Məhkəmənin araşdırması zamanı sənədlər saxta çıxıb və məhkəmə heyvanların müsadirə olunması haqda qərar qəbul edib. Polisin əl qoyduğu heyvanlar Taylanddakı təbii parklara və Çöl Heyvanlarının Qoruma təşkilatına veriləcək.

Hadisə heyvan səslərindən təngə gələn qonşuların şikayəti nəticəsində üzə çıxıb.

Heyvanlar arasında, Afrikaya aid 14 albino aslan, çox sayda quru tısbağası, yüzlərlə quş, tovuz quşu, meymun, sincabı xatırladan bir heyvan növü olan mirket, Taylandda yaşayan digər başqa növlər var.

Elman
AzNews.az