"İranın Azərbaycana təzyiqlər edə bilmək imkanları zəifləyib”

4 Fevral 2021 10:46 (UTC+04:00)

“Azərbaycan və Türkmənistan arasında uzun illər problem olan Xəzər dənizində Kəpəz yatağının (Dostluq) yatağının birgə işlənməsi barədə razılaşmanın əldə edilməsi, bu ölkə ilə su sərhədlərin müəyyənləşdirilməsinə gətirib çıxaracaq”.

AzNews.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Onun sözlərinə görə, Türkmənistanla növbəti razılaşma İranın dənizdə əsassız iddiasının qarşını alacaq:

“İran növbəti mərhələdə hazırkı təyin edilən sərhədlərlə bağlı razılaşmalara gedə bilər. Azərbaycanın mövqeyi gücləndikcə, Türkiyənin artan rolu Xəzər dənizində Azərbaycana qarşı təzyiqləri neytrallaşdırılacaq. İranla da eyni müqavilə bağlana bilər. Xəzərin cənub hissəsində neft yataqları var. Məhz İranla sanksiyalara görə burada birgə razılaşma əldə edilmir. Amma, cənub istiqamətində bəzi neft yataqlarının İrana güzəştə gedilməsi ilə bağlı şübhələr var.

Xarici işlər nazirliyi bu barədə açıqlama verməlidir. Çünki, İranı yola gətirmək üçün güzəştlər edilməsi, mümkün ola bilər. Ümumiyyətlə, İrana Xəzər dənizində nə neft yataqları, nə də su səthindən güzəştə getmək Azərbaycan üçün risklidir. İranın bundan sonra Azərbaycana təzyiqlər edə bilmək imkanları zəifləyib”.

Səidə

AzNews.az