İki dəfə koronavirusa yoluxub, pandemiyadan xəbəri yoxdur

4 Fevral 2021 21:32 (UTC+04:00)

İngilis Cozef Flavilin hekayəsi dünyanı heyrətə gətirib.

AzNews.az-ın məlumatına görə, keçən ilin mart ayında evinin qarşısında maşın vurması nəticəsində beyin travması alan və 10 ay komada qaldıqdan sonra oyanan, xəstəxanada iki dəfə koronavirusa yoluxan C.Flavil pandemiyadan tamamilə xəbərsizdir.

İngiltərədə koronavirus məhdudiyyətləri başlamamışdan üç həftə əvvəl komaya düşən 19 yaşı gənc iki dəfə virusa yoluxub.

Ailəsi gəncin komadan ayıldıqdan sonra sağalma əlamətləri göstərdiyini bildiriblər. O, hazırda danışa bilmir. Yalnız “hə” və ya “yox” mənasında gözlərini qırpır.

“Zoom”la görüşürük. Yaxşılaşma əlamətləri göstərsə də, danışa bilmədiyi üçün pandemiya haqqında bir fikri olub-olmadığını bilmirik”, - C.Flavilin xalası bildirib.