Məhkəmədən Makrona 1 avro cərimə cəzası

4 Fevral 2021 23:20 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə bir məhkəmə ölkə prezidenti Emmanuel Makronu və hökuməti qlobal istiləşmə və iqlim problemləri səbəbindən üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyinə görə təqsirli hesab edib.

AzNews.az-ın məlumatına görə, məhkəmə prosesi təxminən iki il əvvəl – 2019-cu ilin martında başlayıb. İddiaçı tərəf isə bir çox qeyri-hökumət təşkilatı və iqlim aktivistləridir.

Məhkəmə Makrona və hökumətinə lazımi səy göstərmədiyinə görə 1 avro cərimə cəzası tətbiq edib.