Kamil Zeynallıya medal verməmişik - Səfərbərlik Xidməti

5 Fevral 2021 11:07 (UTC+04:00)

"Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib".

AzNews.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov bildirib.

Xatırladaq ki, Kamil Zeynallı "Facebook" səhifəsində ona "Vətən naminə" və "Milli Ordu-100" medalı təqdim ediləcəyi barədə paylaşım edib.