Zukerberq zirvədə tək qaldı

5 Fevral 2021 11:17 (UTC+04:00)

“Amazon”un yaradıcısı Ceff Bezos vəzifəsindən istefa verəcəyini açıqlayandan sonra dünyanın ən dəyərli texnologiya şirkətlərində təsisçi və baş idarəçi olaraq "Facebook"un rəhbəri Mark Zukerberq önə çıxıb.

AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu yöndə ilk addım 2011-ci ildə “Apple”ın yaradıcısı Stiv Cobsun xərçəngdən müalicə olunduğu dönəmdə yerini Tim Kuka verməsi ilə atılıb.

Onu 2014-cü ildə “Microsoft”un başçısı Bil Qeyts əvəzləyib.

Zukerberqi onlardan fərqləndirən isə hələ 37 yaşında gənc olmasıdır.

AzNews.az