Azərbaycan və Türkiyə birgə təlimi davam edir

5 Fevral 2021 13:52 (UTC+04:00)

Qarsda “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir.

AzNews.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi təlimlərlə bağlı yeni görüntülər yayıb.

Təlimlərin növbəti mərhələsində tanklar və zirehli texnikalar ilə tapşırıqlar icra olunub.