Prezident: “Biz kilsədə nikah bağlamamışıq”

12 İyun 2013 07:03 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin boşanması barədə açıqlamanın ardınca ilk dəfə bu mövzuda danışıb.

"Russia Today"in məlumatına görə, Putin boşanmanın hər iki tərəfin istəyinə uyğun gerçəkləşdiyini bildirib. Prezident həmçinin qeyd edib ki, onların nikahının dini aspekti olmayıb və kilsədə nikah mərasimi keçirilməyib.

Boşanma xəbərinin elan edilməsinə gəlincə isə, Putin bunun xəbəri gizlətməkdən daha yaxşı olduğunu vurğulayıb: "Məsələnin dini tərəflərinə gəlincə, bu yoxdur. Çünki biz kilsədə nikah bağlamamışıq".

Qeyd edək ki, Rusiyanın tanınmış jurnalisti Ksenya Sobçak Putinin kilsədə nikahlandığını bildirmişdi.


Elnarə Əlosmanqızı
AzNews.az