Xalq Sizinlədir!

5 Fevral 2021 15:57 (UTC+04:00)

Şuşa adında tamamlanan Azərbaycan müqəddəsliyi tayfa, qəbilə, region, korrupsiya, tamah ,görməmişlik reallıqlarına son qoyacaq...

Hər halda 10 milyonluq xalqımızın 9 milyon 900 mini etibar etdiyi,sevdiyi prezidentindən bunu istəyir ..

Cənab Prezident , Müzəffər Ali Baş Komandan, xalq sizi həqiqətən sevir. Dəmir yumruqdan sonra isə hər kəs Azərbaycan uğrunda və Sizə görə canını da əsirgəməz. Dövlətin yaxasını özlərini göylərin yeddinci qatında görən, xalqın malını dağıdan, dövlətin büdcəsinə cehiz olaraq baxan 5-10 nəfər harınlamış məmurdan qurtarmaq gərəkdir. Nifrətlə bərabər ünvanlarına ümumxalq qarğışı yağan həvirləşmiş dərin dövlət aparıcılarının əli, dizi, dili kəsilməlidir.

Sizin siyasətinizə, Sizin arzularınıza, Sizin istəyinizə yaraşmır bu kiflənmiş ölü canlar...

Cənab Prezident, Siz bizim Azərbaycan kişiliyimizi 44 gün ərzində özümüzə qaytardınız, qəddimizi düzəltdiniz, arvad-uşaq yanında xəcalətdən qurtardınız..

Milyonlarla insanımız da kişi kimi sizlə eyni yolun yolçusu olmaq istəyində və əzmindədir.

Şuşaya sancılan qələbə bayrağının ətrafında millət olaraq birləşən türkü, rusu, talışı, tatı, ləzgisi, avarı, saxuru, kürdü, gürcüsü, ingiloyu sizi əbədi Prezident olaraq qəbul ediblər artıq.

Xalq Sizinlədir!

Akif Səlimov,

Sabiq icra başçısı