"Yeni geosiyasi reallıq, Qarabağda böyük bərpa planları və regionda nəqliyyat əlaqələrinin açılması Azərbaycanda inkişaf və məşğulluğa töhfə verəcək".
AzNews.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Qarabağın dirçəlişi Qafqazda sabitliyi möhkəmləndirəcək və Azərbaycanın regional mərkəz kimi rolunu gücləndirəcək", - deyə nazir vurğulayıb.